“Matç bizim üçün çox vacibdir”
19.11.2022 , 14:58

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışıb.
Korner.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:
“Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir. Qalibiyyətlər futbolçulara inam verir”.
Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
