"Real"ın (Madrid) brazilyalı müdafiəçisi Marselo dünyanın ən güclü futbolçusunun Lionel Messi olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, əzəli rəqibi olan Messini tərifləyən Marselo, argentinalının Ronaldodan da yaxşı olduğunu vurğulayıb:
"Messi hal-hazırda dünyanın ən güclü futbolçusudur. Hətta mən deyərdim Ronaldodan da güclüdür. "El-Klassiko"da onun qarşısını almaqda həqiqətən də çətinlik çəkirdim. Gələn mövsüm Messinin qarşısını necə alacağımızı indidən düşünürük. Milli komandaya gəldikdə, yenə də bir ad var o da Messidir. Çox rahat qol vurmağı bilən futbolçudur. Yığmada da diqqətli olmalıyıq".
