Marko Asensio PSJ ilə razılaşdı
06.06.2023 , 19:00

“Real”dan ayrılan Marko Asensio PSJ üçün tibbi müainədən keçib.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Paris klubu ilə müqavilə imzalayacaq.
Fransa mətbuatının yaydığı məlumata görə, Asensio ilə razılaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
