Mariya Stadnik Paris-2024-ə lisenziya qazandı
12.05.2024 , 00:48
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Korner.az xəbər verir ki, 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.
Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.
Azərbaycanın digər qadın güləşçiləri – Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.