big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mario Souza: “Belə günlərdə azarkeşi nədəsə qınaya bilməzsən” (MÜSAHİBƏ)

16.08.2013 , 09:59

“Xəzər Lənkəran”ın seleksiyaçı–məşqçisi Mario Souzanın klubun rəsmi saytına müsahibəsi.

– Mario, öz evinə xoş gəlmisən! Nələr hiss edirsən?
– Tanrıma şükrlər edirəm ki, daha bir arzuma çatdım. Mən cismən “Xəzər Lənkəran”dan ayrılsam da, bütün ruhum komandanın yanında idi. Daim “Xəzər Lənkəran”ın çıxışı ilə maraqlanırdım, buradakı dostlarla əlaqə saxlayırdım. Açığı, göyün yeddinci qatındayam və özümü çox xoşbəxt hiss edirəm.

– Cənublu azarkeşlər sənin yolunu həsrətlə gözləyirdilər. Yəqin razılaşarsan ki, bu, həm də əlavə məsuliyyətdir.
– Bu, sözlə ifadə olunmayacaq qədər fəxr olunası duyğudur. Düşünün ki, bir neçə ildir bir klubda çıxışını başa vursan da, səni azarkeşlər hələ də unutmayıb və səni arzulayır, düşünür və səndən hətta bu gün belə, nə isə gözləyirlər. Buna görə də dediyiniz əlavə məsuliyyəti hiss edirəm. Futbolçu kimi “Xəzər Lənkəran”ın uğurlarında necə pay sahibi olmuşamsa, yeni işimdə də sevimli klubuma faydalı olmaq istəyirəm. Öz xarizmam və peşəkar karyeramda qazandığım təcrübəmlə inanıram ki, buna nail olacağam.

– Mario Souza hazırkı durumda “Xəzər Lənkəran” üçün nələri etməyi düşünür?
– Bayaq dediyim kimi, müəyyən təcrübəm var və artıq iki ildir ki, menecer kimi fəailiyyət göstərirəm. Çalışacağam ki, “Xəzər Lənkəran”a səviyyəli futbolçuların transfer olunmasına yardımçı olum. Bundan başqa, öz təcrübəmi klub rəhbərliyi ilə paylaşıb komandamızın uğura nail olmasına yardımçı olmağı düşünürəm. “Xəzər Lənkəran” rəhbərliyində çox gözəl insanlar toplaşıb və onların komandaya dəstəyini futbolçu həmişə hiss edir. Sadəcə hər kəs öz üzərinə düşəni edib meydanda vuruşaraq bu dəstəyin qarşılığını verməlidir. “Xəzər Lənkəran”da klub rəhbərliyi elə bir şərait qurub ki, burada futbolçunun yalnız bir problemi olmalıdır-meydanda “döyüşmək”.

– Yeni transferlər nə vaxt olacaq?
– Vaxt çox azdır. Bu gün klub rəhbərliyi və baş məşçi Con Toşakla birlikdə görüşümüz oldu. Lazım olan mövqelərə transferləri müzakirə etdik. Namizəd futbolçular var və sizə deyim ki, elə futbolçular alınmalıdır ki, bura gələn futbolçu “Xəzər Lənkəran”da oynamağı ürəkdən istəsin, bura gəldikdən sonra hər hansı kiçik problemi özünə dərd etməsin. Belə olduğu halda futbolçudan klub da xeyir görür. Adlar açıqlamaq istəmirəm. Yalnız onu deyim ki, transferlər yaxın günlərdə həyata keçiriləcək.

– Komandanın baş məşqçisi Con Toşakı necə dəyərləndirirsən?
– Con Toşak dünyada tanınmış yüksək səviyyəli mütəxəssisdi. Belə bir məşqçi ilə çiyin-çiyinə işləməyi özümə fəxr hesab edirəm. Onun təcrübəsi komanda üçün olduqca əhəmiyyətlidir. Toşakla birgə sıx şəkildə çalışacağıq. İstənilən addımda əsas olaraq məhz onun fikirləri götürüləcək. Öz sahəmdə əlimdən gələni edəcəyəm ki, baş məşqçiyə köməklik göstərim, onun ideyalarının reallaşmasında yardımçı olum.

– “Xəzər Lənkəran” azarkeşlərinə hər hansı mesajın varmı?
– Onlar həmişə mənim ürəyimdədir. Bu gün komandamız uğursuz qrafik cıza bilər. Amma “Xəzər Lənkəran” azarkeşi elə möhtəşəmdir ki, komandasını tək qoymaz. Belə günlərdə azarkeşi nədəsə qınaya bilməzsən. O, uğur istəyir və bunu gözləyir. Problem komandadadırsa həmin problem həll olunmalıdır. Bununla belə etiraf edim ki, əsl azarkeşdə belə günlərdə bilinir. Uğur, qələbələr zamanı tribunada olmaq, komandanı dəstəkləmək asandır. Qara zolağa düşəndə isə əsl azarkeşə ehtiyacın olur. “Xəzər Lənkəran”ı tək qoymaq olmaz! Hamımız əl-ələ verib “Xəzər Lənkəran”a uğur qazandıracağıq!

Son yazılar

To Top