Marat İzmaylov “Qəbələ”ni tərk edir.
Korner.az-ın məlumatına görə, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Maratın Rusiyaya qayıtmaq ehtimalı var. 31 yaşlı futbolçunun xidmətində “Rubin” maraqlıdı və İzmayılov bu kluba keçməyin əleyhinə deyil.
Qeyd edək ki, Marat qışda “Portu”dan icarəyə götürülüb. O, “Qəbələ”də 17 oyun keçirib və 1 qol vurub.