Ötən ilin dekabr ayında Çempionlar Liqasının "Bazel"lə oyunda ayağından zədələnərək 1 il futboldan uzaq qala biləcəyi açıqlanan "Mançester Yunayted"in müdafiəçisi Vidiçin son durumuna aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə,serbiyalı futbolçunun son vəziyyəti onun həkimlərini da çaş-baş salıb. Belə ki, Vidiçin əvvəl bi il futbol oynaya bilməyəcəyi düşünülürdüsə, son müayinədən sonra onun bir ay sonra toplu çalışmalara başlaya biləcəyi bildirilib. 30 yaşlı müdafiəçinin təxminən iki aydan sonra yaşıl meydanlara dönə biləcəyi gözlənilir.