“Mançester Yunayted”dən “Sevilya”ya
26.01.2022 , 16:12

“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal “Sevilya”ya keçib.
Korner.az xəbər verir ki, klub futbolçunu icarə əsasındaheyətinə qatıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu mövsümün sonunadək “Sevilya”nın formasını geyinəcək.
