“Mançester Yunayted”də yeni təyinat
19.04.2024 , 23:17

“Mançester Yunayted”də yeni təyinat reallaşıb.
Korner.az xəbər verir ki, Ceyson Uilkoksun klubun idman direktoru təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə komandasının yaydığı açıqlamada 52 yaşlı mütəxəssisin vəzifəsinə başladığı bildirilib.
Yay transfer dönəmində klubun planlamasını həyata keçirəcək adlardan biri də Ceyson Uilkoks olacaq.
Uilkoks əvvəllər “Sauthempton”da eyni vəzifəni icra edib.
