“Mançester Yunayted”də gənc oyunçu
28.02.2023 , 19:28

İngiltərənin “Mançester Yunayted” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə yeni hücumçu transfer etdiyini açıqlayıb.
“Qırmızı şeytanlar” “Kardiff Siti”nin 16 yaşlı hücumçusu Qabriel Byankerini rənglərinə bağlayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
