“Mançester Yunayted” yeni mövsümdə onu saxlamayacaq
17.05.2023 , 10:35

“Mançester Yunayted” oyunçusu Vout Veqorstla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, mövsümün əvvəlində “Bernli”dən heyətinə qatdığı futbolçu ilə yola davam etməyəcək.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Yayılan xəbərə görə, “Bernli” Veqorstun dönməsini səbirsizliklə gözləyir.
“Mançester Yunayted”də 28 oyun keçirən 30 yaşlı futbolçu 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
