Argentinalı Xuan Sebastyan Veron futbolçu karyerasını başa vurub. Korner.az-ın məlumatına görə, ölkəsinin “Estudiantes” klubunun yarımmüdafiəçisi son matçını “Olimpo”ya qarşı keçirib.
Komandasının qalib gəldiyi matçda 37 yaşlı futbolçu yeganə qolun ötürməsini verib və əvəzlənərkən , tam dolu tribunalar onu ayaq üstə alqışlayıb.
Qeyd edək ki, Xuan Sebastyan Veron indiyədək Argentinanın “Boka Xuniors”, İtaliyanın “Sampdoriya”, “Latsio” və “İnter”, eləcə də İngiltərənin “Mançester Yunayted” və “Çelsi” komandalarının da formasını geyinib. Məşhur futbolçu, həmçinin Argentina yığmasının kapitanı olub.
