İspaniyanın məşhur "Barselona" komandası, İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, iki komanda İsveçdə yoldaşlıq oyununda üz-üzə gələcəklər. 8 Avqustda keçiriləcək matç Göteborq vilayətinin "Ulevi" stadionunda oynanılacaq.
Qeyd edək ki, iki nəhəng klub rəsmi matçlardan başqa ötən il Amerikanın Vaşinqton şəhərində yoldaşlıq görüşü keçirmiş, "qırmızı şeytanlar" 2:1 hesabı ilə qalib gəlmişdilər.
