“Mançester Siti” yenidən liderdi
15.05.2024 , 10:00
İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış oyun keçirilib.
Korner.az-ın məlumatına görə, “Tottenhem” öz meydanında “Mançester Siti”ni qonaq edib.
Qarşılaşma “şəhərlilər”in qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda vurulan hər iki qolun müəllifi Erlin Haaland olub.
Bu qələbədən sonra “Siti” xal ehtiyatını 88-ə çatdıraraq 2 xal “Arsenal”ı turnir cədvəlində qabalayıb.