“Mançester Siti” üçün əlamətdar oyun
04.03.2024 , 14:48

İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Yunayted”lə ev matçı “Mançester Siti” üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, Pep Qvardiolanın komandası bu görüşdə 3:1 hesabı ilə qalib gəlib.
Bununla da “şəhərlilər” ardıcıl 55-ci ev oyununda qol vurmağı bacarıblar.
