“Mançester Siti” futbolçusunu icarəyə verir
24.01.2024 , 12:31

Kelvin Fillips “Mançester Siti”dən ayrılacaq.
Korner.az xəbər verir ki, 28 yaşlı futbolçu “Vest Hem”ə keçəcək.
O, yeni klubunda icarə əsasında çıxış edəcək.
Fillips mövsümün sonuna qədər London klubunda forma geyinəcək.
