“Maksimum mübarizə aparacağıq” – Ayxan Abbasov
19.04.2023 , 19:27

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Neftçi” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Kubok iki oyundan ibarətdi. Birinci hissə bitdi, qarşıda bizi ikinci hissə gözləyir. Azarkeşlərimiz qarşısında oynayırdıq. İstəyirdik üstünlüyümüz olsun. Burada məğlub olsaydıq Bakıda bizə daha çətin olacaqdı. Yarımfinala yaraşan gözəl atmosfer var idi. Azarkeşlərimizi sevindirdiyimiz üçün sevinirəm. “Neftçi”nin gücü bəllidir. Heyətində çox yaxşı futbolçular var. Bu gün futbolçularım düzgün oynadılar. İkinci oyuna hazırlaşmalıyıq. Zədələr məni üzdü. İnanıram ki, həm çempionat həm də kubokun cavab oyunuma hazırlaşacağıq. Əlbətdə “Neftçi” favoritdir. Amma biz də əlimizi aşağı salmayacağıq. Maksimum mübarizə aparacağıq”.
