Mahmud Qurbanov 50 yaşını qeyd edir
10.05.2023 , 18:56

Bu gün Azərbaycan millisinin sabiq üzvü, Pro kateqoriyalı mütəxəssis Mahmud Qurbanovun 50 yaşı tamam olur.
Korner.az xəbər verir ki, bu münasibətlə AFFA-nın baş katib Sərxan Hacıyev yubilyarla görüşüb. O, Qurbanovu AFFA rəhbərliyi adından təbrik edib.
“Professor” ləqəbli M.Qurbanov karyerası ərzində “Kəpəz”, “Neftçi”, Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər-Lənkəran”, “İnter” (Bakı) və “Bakı” klublarında oynayıb. O, 12 dəfə Azərbaycan çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb. Həmçinin M.Qurbanov “Tərəqqi”, “Kəpəz”, Azərbaycan U-17 millisi, “Neftçi-2” və “Səbail”ə baş məşqçilik edib. Mütəxəssis müxtəlif illərdə Azərbaycan yığmasında baş məşqçi köməkçisi və müvəqqəti baş məşqçi kimi çalışıb.
