"Sumqayıt"ın veteran futbolçusu Mahmud Qurbanovun 1-ci divizionda çıxış etməsi gözlənilir.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Qurbanov Gəncənin "Tərəqqi" klubuna keçə bilər. Futbolçu artıq Gəncədə olub və "Tərəqqi" komandası ilə tanışdır. Millimizin sabiq üzvü razılıq verəcəyi təqdirdə futbolçu ilə 1 illik müqavilə bağlanacaq.
Məsələyə çox yaxın vaxt ərzində aydınlıq gələcək.
