Mahir Emreli Super Liqa klubunun hədəfində
04.07.2023 , 10:55

“Adana Dəmirspor” millimizin futbolçusu Mahir Emrelini transfer edə bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Adana komandası ötən mövsüm “Konyaspor”da icarə əsasında çıxış edən Emrelini heyətinə cəlb etməyi düşünür.
Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan 26 yaşlı futbolçunun müqaviləsi 2026-ci ilə başa çatacaq.
Mina Musayeva
