Mahir Emreli rəsmən “Konyaspor”da
14.02.2023 , 17:12

Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emrelinin “Konyaspor”a keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu haqda Türkiyə klubu rəsmi saytında yaydığı məlumatda bildirib.
Azərbaycan millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında Super Liqa təmsilçisində çıxış edəcək.
M.Emreli bu mövsüm “Dinamo”da 13 rəsmi oyun keçirib, 3 qol vurub.
