Madrid klubundan gedəcək
06.04.2024 , 08:58

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos Madrid təmsilçisindən ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu yayda klubunu dəyişmək qərarına gəlib.
İspaniyalı oyunçu ilə “Atletiko” maraqlanır.
Sebalyosun Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Bu mövsüm yarımmüdafiəçi “Real”ın heyətində 21 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.
