Madrid klubundan gedəcək
31.05.2024 , 14:36

“Atletiko”nun oyunçusu Memfis Depay klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçu Madrid nəhəngini azad agent olaraq tərk edəcək.
2025-ci ilə qədər müqaviləsi olan Depayın, qarşılıqlı razılaşma ilə sözləşməsinə xitam veriləcək.
Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir.
