Madrid klubu onunla müqavilə yeniləyir
26.04.2024 , 14:55

“Atletiko” futbolçusu Aksel Vitsel ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub oyunçu ilə yeni müqavilə bağlayacaq.
Madrid təmsilçisi 35 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər olacaq qüvvədə olan yeni sözləşmə imzalayacaq.
Belçikalı futbolçu bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 46 oyun keçirib və 2 qol vurub.
