Macarıstan – Azərbaycan oyununun hakimləri bilindi
01.04.2024 , 16:57

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları məlum olub.
Korner.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Matçı İngiltərədən olan hakimlər idarə edəcəklər.
Matçın baş hakimi Kirsti Doula olacaq. Ona yan xətt hakimləri qismində Sofi Denninqton və Rubi Saykes köməklik edəcəklər.
Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.
B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
