“Kaxaber Sxadadze və “İnter” rəhbərliyi ilə məsləhətləşmələrdən sonra belə qərara gəldik ki, cari mövsümü “Simurq”da keçirim”. Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in futbolçusu Asif Mirili klubunun rəsmi saytına açıqlamasında deyib.
"Simurq" icarə əsasında keçən gənc futbolçu daha sonra bunları deyib:
“Mənim “İnter”lə müqaviləm 2014-cü ilə qədərdir və doğma komandama qayıdacağıma ümid edirəm. Hələlik isə “Simurq” üçün faydalı oyunçu olmağa çalışacağam və komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, mənə hələ “İnter”də çalışdığı zaman yaxşı tanış olan baş məşqçi Georgi Çixradze də kömək edəcək. İstənilən halda, ümid edirəm ki, cari mövsüm mənim üçün uğurlu olacaq”.
Qeyd edək ki, Mirilinin icarəsi cari mövsümün sonunda başa çatacaq.
