Şotlandiyanın “Qlazqo Reyncers” klubu 1 il oyunçularla müqavilə bağlaya bilməz. Korner.az-ın məlumatına görə, belə bir qərarı Şotlandiya Futbol Assosiasiyası verib. Bu qadağaya maliyyə cinayətləri ilə bağlı qalmaqal səbəb olub.
“Reyncers”in keçmiş sahibi Kreyq Uayta Şotlandiyada futbolla hər hansı münasibətdə olması da qadağan edilib. Onu, həmçinin 320 min dollar cərimələyiblər. Uaytı klubun maliyyə nizamnaməsinin çoxsaylı pozuntusu faktlarının aşkarlanması ilə əlaqədar cəzalandırıblar. Fevraldan bankrot həddinə çatan “Reyncers”in rəsmiləri hazırda alıcı axtarışındadırlar.
Qeyd edək ki, “Reyncers” 1873-cü ildə təsis olunub və hazırda dünyada mövcud olan klublar arasında ən yaşlısıdır. Ölkə çempionatlarının 54 dəfə qalib olmuş komanda bu göstəricidə dünya rekordunun sahibidir.