UEFA 2016-cı ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin Azərbaycana verilməsinin səbəbini açıqlayıb. Korner.az-ın məlumatına görə, Avropa futbol qurumunun gənclər və həvəskarlar futbolu komitəsinin sədri Cim Boys son vaxtlar final mərhələlərinin Şərqi Avropada təşkil olunmasına münasibət bildirib.
O, UEFA-nın rəsmi saytına müsahibəsində 17 yaşadək futbolçuların 2013-cü ildə Slovakiya, 2014-cü ildə Malta, 2016-cı ildə Azərbaycanda çempionu müəyyənləşdirməsindən danışıb: “19 yaşadək futbolçuların final mərhələsini ilk dəfə Estoniyada keçirdik. Gələn il U-17-lərin çempionatını Slovakiyada keçirəcəyik. Düşünürəm ki, UEFA-nın final mərhələlərini daha çox ölkədə keçirməsi çox vacibdir. Bilirik ki, belə ölkələrdə futbol ictimaiyyəti Avropa səviyyəli turnirləri qəbul etməyə şad olur. Məncə UEFA-ya üzv olan bütün ölkələr belə yarışlar qəbul etməyə layiqdirlər”.
