“Mən narahat olsam, komandada narahat olacaq”
17.09.2023 , 22:11

Azərbaycan Premyer Liqasının VI turunda keçirilən “Qarabağ” – “Sabah” oyunundan sonra (2:0) meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis öncə oyunu şərh edib:
Bizim üçün vacib oyun idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdirlər. Komandamı təbrik edirəm. “Sabah”a da uğurlar arzulayıram.
“Qarabağ” sanki konsentrasiya problemi yaşayır…
Son zamanlar dəyişik çempionat keçir. Sıx qrafikimiz olur. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq. Başqa çıxış yolu yoxdur.
“Qarabağ” üçün transfer məsələsi bağlanıb? Bağlanmayıbsa, hansı mövqeyə futbolçu transfer oluna bilər?
Bəlkə qış aylarına kimi komandaya azad agent olan futbolçu gətirək.
Qrup oyunlarına az qalıb. Bu, sizi narahat etmir?
Narahat etmir. Mən narahat olsam, komandada narahat olacaq. Narahatlığımız yoxdur.
