Məmmədyarov qrupdan çıxmadı
08.03.2022 , 12:56

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində çıxışını başa vurub.
Korner.az xəbər verir ki, qrossmeysterimiz D qrupundakı sonuncu – VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçəyə razılaşıb.
Qrupdakı bütün qarşılaşmalarını heç-heçə bitirən təmsilçimiz 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqraf isə yarımfinala çıxıb.
