Yanvarın 22-dən fevralın 2-dək Rusiyanın paytaxtı Moskva şəhərində təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Korner.az-ın məlumatına görə, Seymur Məmmədov heyətdən kənarda qalıb. Buna səbəb futzalçının zədəli olmasıdır. Onun əvəzinə millinin toplanışına Amadeu Fernandes dəvət olunub.
O, Moskvaya yollanacaq heyətdə 5-ci cənubi amerikalıdır: Marat Salyanski, Buranello Laercio, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Ribeyro Felipe, Dantas Jadder, Maşado Santos, İlkin Hacıyev, Fərid Atakişiyev, Tural Qurbanov, Əskər Abbasov, Amadeu Fernandes.