Təlim-məşq toplantısını Antalyada davam etdirən Bakının "İnter" klubunun bu gün nəzərdə tutulan ikinci yoxlama matçı təxirə salınıb.
Korner.az-ın məlumatına görə, buna öncədən də xəbər verdiyimiz kimi güclü yağışın yağması mane olub.
Leysan xarakterli yağışın yağması səbəbindən Rusiya təmsilçisi "Amkar"la matç baş tutmayıb.
Dünən ilk yoxlama matçına çıxan Kaxaber Sxadadzenin komandası rəqibi ilə bərabərə qalmışdı. Almaniyanın "Aalen" klubu ilə oyun 1:1 hesabı ilə başa çatmışdı.
