Lukaku “Roma”dan ayrılır?
19.04.2024 , 18:20

“Roma”nın futbolçusu Romelu Lukaku klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, oyunçu mövsümün sonunda İtaliya nəhəngindən getməyi düşünür.
Lukaku ilə Səudiyyə Ərəbistanının bir sıra klubları maraqlanır.
Oyunçu hələ qərarını verməyib.
Müqavilə ilə “Çelsi”yə məxsus futbolçu bu mövsüm 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
