Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə,Rumıniyalı baş məşqçi Mirça Luçesko “Cim-Bom”la ilkin razılaşmaya imza atıb. Luçesko iyunun 17-də İstanbula gələcək.
Rumıniyalı baş məşqçi media nümayəndələrinə açıqlamasında bildirib ki, o, Ukraynanın “Şaxtyor Donetsk” klubunun prezidenti Rinat Əhmədovu fikrindən daşındıra bilib: “Ukraynada davam edən döyüşlərə görə, ölkədən getmək istədiyimi Rinat Əhmədova dedim. O, isə mənim qərarıma hörmətlə yanaşdı və klubdan ayrılmağıma icazə verdi”.
Luçesko həmçinin bildirib ki, “Şaxtyor Donetsk”dən vaxtından tez ayrıldığına görə, kluba heç bir təzminat ödəməyəcək.