Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-09-17&&dateTo=2019-09-18): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Güləş

Londona növbəti lisenziya qazanmaq şansı

25.04.2012 , 09:34

Aprelin 27-29-da Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya təsnifat turniri keçiriləcək. Korner.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı məlumata görə, reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Sərbəst güləş yığmamız 55 və 96 kq çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Yığma komandanın məşqçisi Elman Əsgərovun rəhbərliyi altında Yaşar Əliyev (55 kq) və Xetaq Qazyumov (96 kq) artıq Çinə yollanıb.

Yunan-roma güləşçiləri məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında 4 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Rəsul Çunayev (66 kq), Emin Əhmədov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq) Çinə yollanacaq heyətdə yer alıb.

Qadın güləşçilər məşqçi Aslan Ağayevin rəhbərliyi altında Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) ilə təmsil olunacaq.

Xatırladaq ki, güləşçilərimiz XXX Yay Olimpiya Oyunlarına 18 mümkün lisenziyadan 10-nu artıq əldə edib. Turnirin proqramına əsasən, aprelin 27-də sərbəst güləşçilər, 28-29-da yunan-Roma güləşçiləri, aprelin 29-da isə qadın güləşçilər lisenziyalar uğrunda yarışacaq.

Son yazılar

Yuxarı