“Liverpul”un ulduzu bir neçə klubun hədəfində
07.05.2024 , 14:11

“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, niderlandlı futbolçu bir neçə klubun transfer hədəfinə düşüb.
Onun xidmətində “Milan”, “İnter”, “Atletiko”, “Əl-Hilal” və “Əl-Nəsr” kimi klublar maraqlıdır.
Futbolçunun özü isə klubundan ayrılmaq istəmir.
32 yaşlı Van Dayk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir.
