“Liverpul”dan “Barselona”ya gəlir
16.05.2024 , 22:55

“Barselona” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Kataloniya klubu “Liverpul”un oyunçusu Luis Diası heyətinə qatmaq istəyir.
Diasın hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
“Barselona” rəhbərliyi futbolçunun keçidini mövsümün sonu bitirmək istəyir.
Dias bu mövsüm Premyer Liqada 36 oyuna çıxıb, 8 qol vurub və 5 asist edib.
