“Liverpul”dan “Əl-İttihad”a
01.08.2023 , 10:19

“Liverpul”un futbolçusu Fabinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Korner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Əl-İttihad”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
