“Liverpul”da ciddi itki
19.02.2024 , 12:21

“Liverpul” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun oyunçusu Dioqu Jota sıradan çıxıb.
Tibbi müayinə zamanı 27 yaşlı portuqaliyalının sol diz bağlarının zədələndiyi məlum olub.
Jotanın 2 ay futboldan uzaq qalacağı gözlənilir.
