“Liverpul” yeni baş məşqçisini açıqlayacaq
26.04.2024 , 22:37

“Liverpul” yeni baş məşqçisini açıqlamağa hazırlaşır.
Korner.az xəbər verir ki, Premyer Liqa nəhəngini Arne Slot çalışdıracaq.
Mersisaydlılar 45 yaşlı mütəxəssisin hazırkı klubu “Feyenoord”a müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək.
O, bu vəzifədə Yurgen Kloppu əvəzləyəcək.
Slot 2021-ci ildən “Feyenoord”un baş məşqçisidir.
