Lisenziyalaşdırma qrupunun açılış iclası
18.10.2019 , 16:09

Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:
– Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
– Ötən mövsümün icmalı
– Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.
