Liqa 1 klubu baş məşqçisini göndərdi
09.03.2023 , 16:54

Fransanın “Anje” klubu baş məşqçi Abdel Buhazamanı istefaya göndərib.
Korner.az xəbər verir ki, istefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.
54 yaşlı mütəxəssis ötən ilin noyabr ayında baş məşqçi təyin edilmişdi. O, bu komandanı 14 oyuna çıxarıb ki, bu görüşlərdən 9-unda uduzan “Anje”, 1 qələbə qazanıb, 4 heç-heçə edib.
