"Norveç yığması layiqli qələbə qazandı. Çoxlu top itirdik. Hücumda lazımi təzyiq göstərə bilmədik".
Korner.az-ın məlumatına görə, bu sözləri 21 yaşlı futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert deyib.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə 0:1 hesabı ilə məğlub olan almaniyalı mütəxəssis əsasən hücumdan şikayətlənib:
"Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlı idi. Komanda ümumilikdə zəif ola bilər, amma hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil".
