“Lion” onu birdəfəlik aldı
01.07.2024 , 11:15
![](https://korner.az/wp-content/uploads/2024/07/IMG_1718.jpeg)
“Lion” ötən mövsüm “Vest Hem”dən icarəyə götürdüyü Səid Benrahmanın transfer hüquqlarını alıb.
Korner.az xəbər verir ki, klub 28 yaşlı oyunçunu 14 milyon avroya heyətində saxlayıb.
Əlcəzairli futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
“Vest Hem”in futbolçunun növbəti mümkün satışından 10 faiz pay alacağı bildirilib.
“Lion”la 12 matça çıxan Benrahma 3 qol vurub, 3 qolun ötürməsini verib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)