Fransa klubu onu transfer etdi
03.07.2024 , 11:26

Belçikalı yarımmüdafiəçi Orel Manqalanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, “Lion” keçən mövsüm “Nottingem Forest”dən icarə əsasında heyətinə qatdığı Manqalanı birdəfəlik transfer edib.
Futbolçunun növbəti satışından “Nottingem Forest” 10 faiz qazanacaq.
Fransa klubu Manqala ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Manqala ötən mövsüm “Lion”la 12 matçda 2 qol vurub.
