“Lill”dən növbəti transfer
18.07.2023 , 14:58

“Lill” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Kopenhagen”dən yarımmüdafiəçi Hakon Arnar Haraldssonu heyətinə cəlb edib.
20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Fransa klubu bu keçid üçün 12 milyon avro ödəyib.
