"Lex" – "Xəzər Lənkəran" oyunu canlı yayımlanacaq. Korner.az Poznan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Polşanın ictimai kanalı (WTK) oyunu canlı yayımlayacaq. 23:00-da baş tutacaq matçın başlanmasına 40 dəqiqə qalmış kanal stadiondan canlı yayıma başlayacaq. Belə olan halda da, "Xəzər Lənkəran"ın oyununu canlı izləmək istəyən fanatlar bunu internet ilə reallaşdıra bilərlər.
Korner.az saytı yaxın saatlarda oyunu canlı yayımlayacaq internet saytlarıın linkini oxucularına təqdim edəcək.
Qeyd edək ki, "Neftçi"nin ÇL-dəki "Zestafoni" ilə səfər matçı da, maliyyə ucbatından alınmamışdı. Lakin azarkeşlər oyunu internet vasitəsiilə izləyə bilmişdilər.
Son məlumatlara görə matç klub saytı ilə canlı yayımlanacaq.
