Levandovskidən yeni rekord
21.06.2020 , 16:43
“Bavariya” Bundesliqanın 33-cü turunda “Frayburq”a qalib gəlib – 3:1.
Korner.az xəbər verir ki, görüş Robert Levandovski üçün əlamətdar olub.
Belə ki, futbolçu qarşılaşmada dubla imza ataraq bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 33-ə çatdırıb. Bununla da o yeni rekorda imza atıb.
31 yaşlı hücumçu Bundesliqa tarixində bir mövsümdə ən çox qol vuran legioner futbolçu olub.