Lempard “Çelsi”yə qayıdır
06.02.2024 , 23:13

“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard yenidən komandaya qayıtmağa yaxındır.
Korner.az xəbər verir ki, mütəxəssis “Çelsi”nin qadınlardan ibarət komandasının baş məşqçisi ola bilər.
Sözügedən komandanın baş məşqçisi Emma Hayes cari mövsümdən sonra klubdan ayrılacaq.
