Maliyyə vəziyyəti ağır olduğundan bir çox futbolçuları ilə vidalaşan “Bakı”nın vəziyyəti heç də yaxşı deyil.
Korner.az-ın məlumatına görə, paytaxtın eyni adlı klubu yerli gənclərə güvənəcək. Lakin komandada legioner futbolçular da olacaq. Belə ki, klubla müqaviləsi olan Lukas Mario Horvat və Risto Ristoviç maaşlarının azaldılmasına rəğmən “Bakı”da qalmağa razılıq verdilər.
Böyük ehtimalla onlar daha bir mövsüm “zolaqlılar”ın uğuru üçün çalışacaq.